Gerçəyinə bənzəyən oyuncaq silahlar: Satışı təhlükə yaradır? - VİDEO
Son zamanlar sosial şəbəkələrdə gerçəyinə bənzəyən silahların satışı ilə məşğul olan səhifələrin sayı artıb.
“Report” daha ətraflı məlumat almaq üçün sözügedən səhifələrdən biri ilə danışıb ətraflı məlumat alıb.
Silahların satışı ilə məşğul olan mağazadan bildirilib ki, əsl silahdan fərqlənməyən, təxminən 1 kq-a yaxın ağırlığı olan və tam dəmir korpusdan ibarət bu silahlar müştərilərə müxtəlif qiymətlərə təklif olunur.
Sosioloq Üzeyir Şəfiyev isə deyir ki, bu cür silahların satılması el dili ilə deyilsə, dəlinin yadına daş salır: “Bu cür imitasiya olunmuş silahların satılması sanki potensial cinayətkarlara bir subliminal mesaj verir. Bu tip əşyalardan gerçək silah imitasiyası yaradıb, şantaj yolu ilə hansısa bir quldurluq, dələduzluq halları törədənlər kifayət qədər var. Hesab edirəm ki, bu tip əşyaların satılması ilə bağlı nəzarət gücləndirilməlidir, çünki cəmiyyət üçün təhlükə yaradan məqamlardandır".
Dövlət Gömrük Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu tip pnevmatik tapançaların ölkəyə gətirilməsində heç bir məhdudiyyət yoxdur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, insanda təşviş yarada biləcək və insanları qorxutmaq məqsədi ilə hər hansı cinayət əməlində istifadə edilmə ehtimalı olan, zahiri görünüşü döyüş silahına bənzəyən əşyalarla bağlı profilaktiki iş aparılır:
“Sosial şəbəkələrdə açıq-aşkar belə silahların satılması ilə bağlı məşğul olan səhifələr nəzarətdə saxlanılır. Həmin səhifələri idarə edən şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür”.
Videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
ABŞ Səudiyyə Ərəbistanına silahların satışı məhdudiyyətlərini ləğv edəcək
“Axios”: Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər
Pentaqon Tayvana yararsız silahlar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
