“Axios”: Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər
ABŞ Dövlət Departamenti qeyri-rəsmi olaraq Konqresə İsrailə mümkün 8 milyard dollarlıq silah satışı barədə məlumat verib.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən yazır.
Nümayəndələr Palatasının və Senatın Xarici Əlaqələr Komitələri tərəfindən təsdiq edilməli olan silah satışına İsraili hava təhdidlərindən qoruyacaq döyüş təyyarələri üçün “AIM-120C-8 AMRAAM” hava-hava tipli raketlər daxildir.
Bundan əlavə, hərbi paketə artilleriya mərmiləri və “Hellfire AGM-114” raketləri, həmçinin kiçik diametrli bombalar, “JDAM” dəqiq idarəedici dəsti olan hava bombaları və qoruyucular daxil ola bilər.
Nəşrin mənbələri sövdələşmənin İsrailin təhlükəsizliyinə uzunmüddətli dəstək vermək üçün hazırlandığını vurğulayıb. Bəzi silahların birbaşa Pentaqonun anbarlarından İsrailə ötürüləcəyi gözlənilir, lakin əksər silahların çatdırılması bir il və ya daha çox vaxt aparacaq.
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti Ər-Riyada 1 milyard dollar dəyərində silah satışını təsdiqləyib
KİV: ABŞ İsrailə silah alışı üçün 3,5 milyard dollar verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
