Metroda doğulan körpənin anası - Onu sadəcə ailəsi gözləyirdi, indi bütün Azərbaycan tanıyır – VİDEO
Metroda körpə dünyaya gətirən ana hələ də xoş hadisənin təəsüratlarından çıxa bilməyib.
Gənc ana Əsmər Məhərrəmova “Sizinxeber.az”un əməkdaşına həmin günü belə xatırladığını söyləyib:
"Bu, mənim ikinci hamiləliyim idi. Axşamdan güclü olmasa da, ağrılarım var idi. Həkimimlə danışdıq və yanına yoxlanışa gəlməyimizi uyğun gördü. Ertəsi gün səhər saatlarında avtobusla qayınanamla birgə həkim müayinəsinə gedərkən anidən sanclarım başladı. Avtobusla gec olar deyə ən yaxşı seçimin metro olduğunu fikirləşdik. Düşünməzdim ki, körpəmi metroda dünyaya gətirəcəyəm. Elə orada bizə kömək edən vətəndaşların da təklifi ilə körpəmizin adını Cəsur qoyduq”.
Qeyd edək ki, avqustun 8-i saat 07:40 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında körpə doğulub. “Bakı Metropoliteni” QSC körpəyə 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verib.
Daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Bakı metrosunda doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək - YENiLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunun “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda doğulmuş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək - YENiLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatına qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













