Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilib
Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynzadə Afiq Hüseyn oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilib.
Qeyd edək ki, Hüseynov Mirbahəddin Mirdamət oğlu Gəncə Apelyasiya Məhkəməsinin sədridir.
Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin olunub.
Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Ali Məhkəməyə yeni hakimlər təyin edilib
Bu məhkəmələrə hakimlər təyin edildi - Sərəncam
Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi tövsiyə olunub
Vaqif Xaçatryanın növbəti məhkəməsi başladı
Mədət Quliyev vəzifəsindən azad edildi, yerinə təyinat var - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













