Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
Mayın 26-da Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin nümayəndələri ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin birinci direktor müavini Dilşod Saidjanov arasında görüş keçirilib.
Bu barədə "Report"a MEDİA-dan məlumat verilib.
Bildirilib ki, görüş zamanı nümayəndə heyətinə qurumun informasiya siyasəti, dövlət qurumları ilə media arasında əlaqələrin təşkili, rəqəmsal kommunikasiya strategiyaları və sözügedən sahədə həyata keçirilən islahatlar haqqında geniş təqdimat edilib, təcrübə mübadiləsi aparılıb, media sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.
Qeyd edilib ki, informasiya və kommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, media sahəsində institusional inkişafın dəstəklənməsi və müasir kommunikasiya çağırışlarına birgə cavab verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib
Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan nümayəndə heyəti Özbəkistanın müxtəlif dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar
Əhməd İsmayılov: Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər görülür
Azərbaycanla Özbəkistan arasında media üzrə əməkdaşlıq müzakirə olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
