Sektor müdiri: “Media subyektlərində İT mütəxəssis çatışmazlığı var”
Azərbaycandakı media subyektlərində informasiya texnologiyaları (İT) üzrə mütəxəssislərlə bağlı müəyyən çatışmazlıq var.
“Sizinxeber.az” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda tədbirdə bildirib.
"İlkin məlumatlara əsasən, media subyektlərinin heç də hamısında İT mütəxəssislər tam şəkildə komplektləşməyib, hətta müəyyən qədər çatışmazlıqlar var. Belə hallar da ola bilər. Ancaq yenə bu suallara biz cavabı birlikdə tapmalıyıq və elə etməliyik ki, mediamızın fəaliyyətində hər hansı bir problem yaranmasın. Kontent tərəfi öz yerində, bu redaksiya siyasətidir, hər bir media orqanı özü bunu tənzimləyir. Ancaq onun texnoloji təminatında birlikdə iştirak etməliyik və buna dəstək verməliyik. Əgər ehtiyac yaranarsa, bu məsələlər ilə bağlı növbəti təlimlər də təşkil oluna bilər. Biz belə təlimləri keçirməyə hazırıq”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
ETX: Azərbaycanda media qurumları ən çox fişinq hücumlarına məruz qalırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elmir Vəlizadə: “Kiberdiplomatiyadakı təcrübə beynəlxalq hüquqi çərçivəyə çevrilməlidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kommunikasiya Qrupunun üzvü: COP29 zamanı media faktlara əsaslanan düzgün məlumatlar yaymalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












