Peşəkarlıq və operativlik - Baku.ws saytının 21 yaşı tamam olur
Baku.ws saytının 21 yaşı tamam olur.
"Sizinxeber.az" xəbər verir ki, Baku.ws yarandığı ilk gündən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında sözünü deməyi bacarıb. Peşəkarlıq və operativlik yarandığı ilk günlərdən sayta populyarlıq qazandırıb.
Bu gün Baku.ws Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. Saytda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda, dünyada baş verən son xəbərləri izləmək mümkündür.
Qeyd edək ki, daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws 21 il ərzində Azərbaycanda etibarlı xəbər resurslarından birinə çevrilərək statusunu bu günədək qoruyub saxlayır.
Vətən müharibəsində, jurnalistikanın üzərinə çətin vəzifə düşdüyü dövrdə Baku.ws komandası olaraq bu öhdəliyi də şərəf və ləyaqətlə yerinə yetirib. Dezinformasiyaların çox yayıldığı həmin çətin dövrdə rəsmi qurumlarla birgə əməkdaşlıq edərək, oxuculara cəbhədən ən dolğun və son məlumatları çatdıraraq qələbələri fərəhlə işıqlandırıb.
Baku.ws həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) da geniş şəkildə işıqlandırıb. Saytın COP29 İqlim Dəyişiklikləri Konfransındakı fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib və əməkdaşlar təşəkkürnamə ilə təltif olunublar.
Baku.ws Azərbaycanın instaqram sosial şəbəkəsində də öz sözünü deyib, ən oxunaqlı və etibarlı səhifə adını qazanıb. Saytın instaqram səhifəsinin izləyicilərinin sayı 1,3 milyonu ötüb. Səhifənin ay ərzində paylaşımları 200 milyona yaxın baxış toplayıb. Postlar cəmi 1 ay ərzində 3,4 milyon unikal istifadəçisiyə çatıb. Ay ərzində 2,4 milyon izləyici səhifəni ziyarət edərək xəbərləri izləyir. Bu rəqəmlər instaqramda Baku.ws xəbər səhifəsinə olan inamın və etibarın göstəricisidir.
Eyni zamanda Azərbaycanda təşkil olunan xeyriyyə aksiyaları saytın daima diqqətində olub. Baku.ws 21 il ərzində bir çox xeyriyyə aksiyalarında qatılıb, ehtiyaclı və aztəminatlı insanlara dəstək olub və onların problemlərinin həllində yaxından iştirak edib.
Bir sözlə, Baku.ws 21 ildə bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.
"Sizinxeber.az" İnformasiya Agentliyinin kollektivi Baku.ws-də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!
Oxşar xəbərlər
Yenicag.az saytının 17 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Haber Global"ın 5 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Haber Global”ın altı yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cahangir Novruzovun 70 yaşı tamam oldu - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












