“Haber Global”ın altı yaşı tamam olur
Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün altı yaşını qeyd edir.
"Report" xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.
Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb.
Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.
“Report” İnformasiya Agentliyinin kollektivi olaraq “Haber Global” telekanalını fəaliyyətə başlamasının altı illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!
Oxşar xəbərlər
"Haber Global"ın 5 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Haber Global” mükafata layiq görüldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Haber Global: Yay Olimpiadası qalmaqallar yarışına çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Haber Global”: Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












