Yenicag.az saytının 17 yaşı tamam olur
sizinxeber.az xəbər saytı

Yenicag.az saytının 17 yaşı tamam olur


Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 17 yaşı tamam olur.

“Sizinxeber.az” xəbər verir ki, hazırda “Yeni Çağ” Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

Yenicag.az Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yenilikləri eləcə də dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. Belə ki, Avropa, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı iinformasiya savaşında bu əlaqələrindən geniş istifadə edib.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən isə Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyət göstərir.

Bu gün “Yeni Çağ” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir.

Oxşar xəbərlər

"Haber Global"ın 5 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Day.az informasiya portalının 21 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İctimai TV 19 yaşını qeyd edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik Paşayevanın vəfatı ilə bağlı başsağlığı verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Trend” 29 yaşını qeyd edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər