“Haber Global” Azərbaycan Prezidentinin COP29-un Liderlər Sammitindəki çıxışına dair süjet hazırlayıb
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışına dair süjet hazırlayıb.
"Report" xəbər verir ki, süjetdə Azərbaycanın öz tarixində ən böyük beynəlxalq təşkilatın mühüm tədbirinə ev sahibliyi etdiyi qeyd olunur.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında vacib məqamlara toxunulub. Dövlət başçısının Azərbaycana qarşı ittihamlara cavab verdiyi xüsusi vurğulanıb:
"Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir...Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar".
Süjetdə qlobal iqlim gündəliyinin müəyyənləşdirilməsində Azərbaycan və onun liderinin mühüm rolu da geniş işıqlandırılır.
Oxşar xəbərlər
"Haber Global" Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışına dair süjet hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir, Prezident İlham Əliyev çıxış edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da iqlim hədəflərinin qarşısındakı maneələr Türkiyə mətbuatında [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: "Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












