“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırlayıb
Türkiyənin “Haber Global” telekanalı bu gün Azərbaycanda keçirilən növbədənkənar seçkilərlə bağlı geniş reportaj hazırlayıb.
"Sizinxeber.az" xəbər verir ki, telekanalın əməkdaşı Murat Karataş Bakıdan qoşulduğu canlı yayımda seçki prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib.
O, seçkinin vaxtının noyabr ayında deyil, daha tez keçirilməsinin COP29-la əlaqəli olduğunu vurğulayıb.
O qeyd edib ki, sayca yeddinci parlament seçkilərində 125 yer uğrunda 990 namizəd mübarizə aparıb. Müəllif nəzərə çatdırıb ki, budəfəki seçkiləri digərlərindən fərqləndirən əsas məqam onun bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad edilmiş Qarabağda baş tutmasıdır.
Süjetdə seçkiləri xeyli sayda beynəlxalq müşahidəçi, o cümlədən TÜRKPA, MDB, ATƏT, Türkiyə parlamentinin nümayəndə heyətinin müşahidə etdiyi qeyd edilib.
Həmçinin, Türkiyə parlamentinin nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi də xüsusi vurğulanıb.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlığın gedişi barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycanda səsvermə günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Haber Global"ın 5 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Haber Global” mükafata layiq görüldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin “Haber Global” telekanalında Fransanın Qafqazda dağıdıcı siyasəti müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












