APA Jurnalist Məktəbi fəaliyyətə başlayıb - FOTO
sizinxeber.az xəbər saytı

APA Jurnalist Məktəbi fəaliyyətə başlayıb - FOTO


Bu gün APA Media Group-un yeni layihəsi olan APA Jurnalist Məktəbi fəaliyyətə başlayıb.

APA Media Group-un rəhbəri Vüsalə Mahirqızı qeyd edib ki, təlimdə iştirak etmək üçün 230 müraciət daxil olub:

"Bizim komanda təlimdə iştirak üçün 26 nəfəri seçdi. Düşünürük ki, APA Jurnalist Məktəbinin ilk iştirakçıları gələcəkdə Azərbaycan mediasının tanınmış imzaları olacaqlar".


Vüsalə Mahirqızı onu da bildirib ki, "APA Group" özü də təlim iştirakçıları arasından öz kadr bankını zənginləşdirmək üçün istifadə edəcək:

"Üç ay keçiriləcək təlimdə iştirak edəcək şəxslər şirkətin bütün imkanlarından faydalana biləcəklər. Təlimçilərdən başqa hər həftə tanınmış jurnalistlər, blogerlər, yeni media mütəxəssisləri öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər".

Qeyd edək ki, ilk təlimçilər əməkdar jurnalist Qabil Abbasoğlu, tanınmış telejurnalist İlqar Əlfi, APA TV-nin direktoru Orxan Məmmədli olacaq.

Oxşar xəbərlər

APA Jurnalist Məktəbi yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-nun Jurnalistika fakültəsində Vüsalə Mahirqızı ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nurşən Quliyevin 50 illik yubileyidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Jurnalistlər üçün "COP29 və Dayanıqlı Media Təcrübəsi" mövzusunda təlim başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər