APA Jurnalist Məktəbi yaradılıb
Azərbaycanda onlarla jurnalist üçün məktəb olmuş APA Media Group yeni layihəyə başlayıb.
Şirkət APA Jurnalist Məktəbini yaradıb.
Məktəbin yaradılmasında məqsəd peşəkar, operativ, yeni media standartları ilə işləməyi bacaran jurnalist hazırlığı ilə məşğul olmaqdır.
APA Jurnalist Məktəbində 3 ay davam edəcək ilk təlimlərə qeydiyyat bu gündən başlayır. Qeydiyyat oktyabrın 30-dək davam edəcək. Qeydiyyat ödənişsizdir.
Təlimlər həftədə 3 dəfə müəyyən olunmuş proqram üzrə aparılacaq. APA Jurnalist Məktəbində ilk təlimçilər tanınmış jurnalistlər Qabil Abbasoğlu və İlqar Əlfidir.
Bundan başqa, hər həftə tanınmış jurnalistlər, blogerlər, yeni media mütəxəssisləri öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər.
Qeyd edək ki, APA Media Group Azərbaycanda online medianın ilk nümunələrini yaradan şirkətlərdəndir. Azərbaycanın onlarla tanınmış jurnalisti ilk fəaliyyətinə məhz bu şirkətdə başlayıb, yüzlərlə jurnalist bu günə qədər APA Media Groupda fəaliyyət göstərib.
Hazırda şirkətdə gənclərlə yanaşı, onlarla təcrübəli jurnalist və media mütəxəssisi çalışır. Təlimlər çərçivəsində təlim iştirakçılarına APA Media Groupda təcrübə keçmək imkanı da yaradılacaq.
Oxşar xəbərlər
Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib, araşdırma aparılır - BİRGƏ MƏLUMAT
MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən qərəzli məlumatları media etikasına ziddir
Türkiyəli məşhur jurnalist vəfat edib
Rusiya FTX daha 3 əcnəbi jurnalistə cinayət işi açıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
