"Euronews" Xankəndidə İƏT-in 17-ci Zirvə Görüşü ilə bağlı xüsusi reportaj hazırlayıb
“Euronews” telekanalı İqtisadi Əməkdaşlıq Təşkilatının iyulun 3-4-də Xankəndidə keçirilən 17-ci Zirvə Görüşü ilə bağlı xüsusi reportaj hazırlayıb.
"Sizinxeber.az"un məlumatına görə, reportajda qeyd olunur ki, Zirvə Görüşündə liderlər əsas diqqəti üzv dövlətlər və dəvət olunmuş ölkələr arasında ticarət, nəqliyyat dəhlizləri və regional əlaqələrin gücləndirilməsinə yönəldiblər.
İƏT-in Baş katibi Əsəd Məcid Xan bildirib ki, sammitdə nəqliyyat dəhlizlərinin inteqrasiyasının inkişafı üçün prioritetlər müəyyən edilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov regional bazarların birləşməsində ölkənin rolunu vurğulayıb. Pakistan nümayəndə heyəti sammitin diplomatik potensialına, Nigeriya nümayəndəsi isə çoxtərəfli əməkdaşlığa diqqət çəkib.
Yekun bəyannamədə ticarət maneələrinin azaldılması, transsərhəd infrastrukturun dəstəklənməsi və İƏT daxilində ticarətin indiki 8 faizdən çox artırılması çağırışı əks edilib.
Oxşar xəbərlər
"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşündə çıxış edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İƏT-in Xankəndi sammiti sülhə və Azərbaycan diplomatiyasının nüfuzuna böyük töhfədir - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












