Fuad Hüseynəliyev: Azərbaycan etiqad azadlığının ən yüksək səviyyədə təmin olunduğu dövlətlərdəndir
Bu gün Azərbaycan etiqad azadlığının, multikultural dəyərlərin ən yüksək səviyyədə təmin olunduğu dünyəvi dövlətlərdəndir.
APA xəbər verir ki, bunu "Report İnformasiya Agentliyi” MMC-nin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans çərçivəsində panel sessiyada deyib.
Onun sözlərinə görə, bu tolerantlığın özünün doğurduğu çağırışlar da var və onları diqqətdən qaçırmaq olmaz: "Bir çox hallarda kənar qüvvələr din faktorundan bu və ya digər dövlətə, cəmiyyətə təsir, bəzən isə təzyiq üçün istifadə edə bilirlər.
Dini məsələlər hər zaman həssas mövzu olduğundan ictimai rəyi yanlış yönəltmək, manipulyasiya etmək, ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr üçün ən münbit informasiya məkanıdır".
Fuad Hüseynəliyev qeyd edib ki, sosial media gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və bu, dini mövzularda arzuolunmaz məlumatların daha sürətlə yayılmasına gətirib çıxarır.
Fuad Hüseynəliyev əlavə edib ki, qeyri-leqal dini təbliğat adətən fərqli adlar altında aparılır:
“Bunun üçün dini mövzuları işıqlandıran jurnalistlərin özləri sahəni yaxşı bilməlidirlər. Necə ki, bizdə iqtisadi jurnalistika, idman jurnalistikası, mədəniyyət jurnalistləri var, eləcə də dini jurnalistika da ixtisaslaşmış olmalıdır”.
Oxşar xəbərlər
Fuad Hüseynəliyev: Dini jurnalistika da ixtisaslaşmış olmalıdır
Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmininə dəstək verəcək
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir - FOTO
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək
Ayaz Mirzəyev: Dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında duran önəmli faktordur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













