Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmininə dəstək verəcək
Xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etmək Mənəvi Dəyərlərin Təbliği Fondun məqsədləri sırasına daxil edilib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.
Mənəvi Dəyərlərin Təbliği Fondu dini qurumların beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verəcək.
Oxşar xəbərlər
“Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
QHT sədri milli-mənəvi dəyərlərin tədqiqatı mərkəzinin yaradılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












