Azərbaycan müdafiə və xarici işlər nazirləri adından guya Belarus təyyarəsinin Rusiya hava məkanında vurulmasına dair açıqlama saxtadır
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.
Qeyd edirik ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Oxşar xəbərlər
MEDİA: XİN-in adından yayılan feyk məlumat Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir
MEDİA: Yayılan feyk məlumatlar Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir
MEDİA: Saxta məlumatlar Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan kampaniyanın tərkib hissəsidir
Azərbaycan qırıcıları İranla sərhəddə uçuşlar edib? – Rəsmi
İlham Əliyevin adından video müraciət yayıldı - Çağırış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













