MEDİA: XİN-in adından yayılan feyk məlumat Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir
sizinxeber.az xəbər saytı

MEDİA: XİN-in adından yayılan feyk məlumat Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir


Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin “deep-fake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilib, habelə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

"Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eyni zamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı və sosial media hesablarından əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bir daha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - açıqlamada bildirib.

Oxşar xəbərlər

İlham Əliyevin adından video müraciət yayıldı - Çağırış
MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib
MEDİA təyyarə qəzası ilə bağlı çağırış edib
MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb
MEDİA: Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle