Audiovizual Şura: Media məzmun yaradıcılarının gender həssaslığının artırılmasına ehtiyac var
Media məzmun yaradıcılarının peşəkarlığı və gender həssaslığının artırılmasına ehtiyac var.
Bunu "Report"un sorğusuna cavab olaraq Audiovizual Şuradan bildiriblər.
Qeyd edilib ki, media məhsullarında "deyingən evdar qadın", "maddiyyətçi qadın", "avam qadın" obrazlarının daha çox yer alması məsələsi media peşəkarlığı kontekstinə daxildir.
"Şura bu mövzulara çox həssaslıqla yanaşır. Mütəmadi olaraq keçirilən monitorinqlər göstərir ki, efirdə bəzi hallarda pozuntular baş verir. Bu yaxınlarda Audiovizual Şuranın ölkə telekanallarından birinə etdiyi xəbərdarlıq qanunvericilikdə təsbit olunmuş tələbin pozulması ilə (cinsi ayrı-seçkiliyin təbliği) bağlı olmuşdu. Yalnız qanunvericilik normalarının pozulması halında Şura xəbərdarlıq edə və ya inzibati sanksiya tətbiq edə bilər. Təbii ki, Audiovizual Şura tərəfindən yayımçılara bu istiqamətlərdə zəruri tövsiyələr də verilir", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında efir məkanında "deyingən evdar qadın", "maddiyyətçi qadın", "avam qadın" obrazlarının hədsiz yer almasının cəmiyyətdə qadın nüfuzuna xələl gətirdiyi bildirilib. Həmçinin, televiziya verilişləri və yerli seriallarda təqdim olunan qadın və kişi rollarına xüsusilə diqqət yetirməyin vacibliyi qeyd edilib. Vurğulanıb ki, bu baxımdan, efir məkanında yeni yaradılan məzmunun qatı patriarxallıqdan uzaq olması zəruridir.
Oxşar xəbərlər
Speys TV-yə xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“ARB” televiziya kanalına xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura pozuntular aşkarladı: Televiziya kanallarına xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












