Audiovizual Şura  “Xəzər TV”yə xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib


Audiovizual Şura “Xəzər TV”nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.

Bu barədə "Sizinxeber.az"a Şuradan məlumat verilib.

Bildirilib ki, buna səbəb "Xəzər TV" kanalının efirində 22 oktyabrda saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsidir.

Qeyd edilib ki, serialın yayımı zamanı (saat 22.32-da) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.

"Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib",- deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Audiovizual Şura Xəzər TV-yə sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib
“Səhiyyə TV” 16 min manat cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər