Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəniyyət günləri keçirilə bilər
Mədəniyyət naziri Adil Kərimli ölkədə səfərdə olan Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə görüşüb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən görüşdə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov da iştirak edib.
A.Kərimli iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Nazir həmçinin 2023-cü ildə dost ölkəyə səfərini, orada keçirdiyi görüşləri məmnunluqla yada salıb.
Qeyd olunub ki, mədəniyyət iki ölkənin xalqlarını yaxınlaşdıran mühüm vasitələrdəndir. 2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri, 2009 və 2011-ci illərdə isə Bakıda Mərakeş Mədəniyyəti Günləri keçirilib. Uzun fasilədən sonra yenidən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Mohamed Mehdi Bensaid də Mərakeşlə Azərbaycan arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Belarusda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri türk əməkdaşlıq təşkilatlarını II Türk Dünyası Mədəniyyət Forumunda fəal iştiraka çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












