Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film layihəsinin icrasına başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də bu torpaqlara “Böyük Qayıdış”ı əks etdirən sənədli film istehsal etməkdir.
Filmdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, onun nəticəsində başlanan genişmiqyaslı yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı yaradıcı şəkildə təqdim olunacaq. Eyni zamanda, ekran əsərində Vətən müharibəsinin beşinci ildönümündə Azərbaycan xalqının keçirdiyi qürur və sevinc hissləri də əks olunacaq.
Layihə çərçivəsində indiyədək Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərlərində çəkilişlər aparılıb. Yaxın günlərdə Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilan rayonlarında da çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi orta qrant müsabiqəsinin qalibi olub.
Oxşar xəbərlər
Türkiyə kanalı "Qarabağ" haqqında sənədli film hazırlayıb
“Baku” TV-nin “The word” filminin təqdimatı olub
Laçında 33 illik fasilədən sonra film nümayişi baş tutacaq
İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
