Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb


Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46 milyard 494,8 milyon manat təşkil edib.

"Sizinxeber.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 3,2 % çoxdur.

O cümlədən, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi ötən ilin dekabrın 31-nə 36 milyard 652 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 5,8 %, 2024-cü ilin əvvəlinə nisbətən 3,6 % çoxdur.

Hesabat dövrünə M1 pul aqreqatı 29 milyard 647,2 milyon manat olub ki, bu da, aylıq müqayisədə 7 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 0,1 azdır.

2024-cü ilin dekabrın 31-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 857,9 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1,6 % çox, ötən ilin əvvəlinə nisbətən 0,1 % azdır.

Oxşar xəbərlər

Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 12 % yaxın artıb
Azərbaycanda manatla geniş pul kütləsi 8 %-ə yaxın artıb
Azərbaycanda manatla geniş pul kütləsi 12 %-ə yaxın artıb
Azərbaycan banklarının xalis xarici aktivləri artıb, daxili aktivləri azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər