Azərbaycanda manatla geniş pul kütləsi 7 % artıb
Bu il aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49 milyard 979,4 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,2 % çox, ötən ilin eyni dövrünə nisbətən 7 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 40 milyard 000,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,1 % çox, ilin əvvəli ilə müqayisədə 1 % az, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 31 milyard 493,5 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 2,4 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % az, ötən ilin eyni dövrünə nisbətən 11,2 % çoxdur.
Aprelin 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 362,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,8 % çox, ilin əvvəli ilə müqayisədə 2,3 % çox, ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda geniş mənada pul kütləsi 4 %-dən çox artıb
Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb
Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb
Azərbaycan banklarının xalis xarici aktivləri 10 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
