Xalid Xalafalla: Bakıda Özəl Sektor Forumunda 30-dan çox sənəd imzalanıb
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) 2025-ci ildə 555 milyon dollardan çox məbləğdə maliyyələşdirməni təsdiqləyib və 10,6 mindən çox yeni müştəri üçün İslam maliyyələşdirilməsinə çıxış imkanlarını genişləndirib.
"Report" xəbər verir ki, bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və ICD-nin baş icraçı direktoru vəzifəsini icra edən Xalid Xalafalla İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 51-ci illik toplantısı çərçivəsində baş tutan mətbuat konfransında bildirib.
X.Xalafalla qeyd edib ki, hesabat dövründə faktiki olaraq bölüşdürülmüş maliyyələşdirmənin dəyəri təqribən 584 milyon dollar təşkil edib.
Onun sözlərinə görə, əməliyyatların əhəmiyyətli hissəsi üzv ölkələrdə İslam maliyyələşdirilməsinə çıxışın genişləndirilməsi üçün əsas alət olaraq qalan kredit xətti proqramlarının payına düşüb.
Direktor əlavə edib ki, bu mexanizmlər vasitəsilə 10,6 mindən çox yeni müştəri, o cümlədən təqribən 3,4 min qadın maliyyələşdirməyə çıxış əldə edib.
X.Xalafalla deyib ki, 2025-ci ildə kiçik və orta biznesin maliyyələşdirilməsinə təqribən 660 milyon dollar yönəldilib və 2 381 biznes subyektini əhatə edib.
"Proqramlarımız vasitəsilə kiçik və orta biznesə dəstək təqribən 660 milyon dollar təşkil edib və 2 381 müəssisəni əhatə edib", - o bildirib.
O, həmçinin qeyd edib ki, Bakıda IsDB-nin illik toplantısı çərçivəsində keçirilmiş Özəl Sektor Forumunda 32 saziş və anlaşma memorandumu imzalanıb.
Xalafallanın sözlərinə görə, tədbirə 60 ölkədən 1,4 mindən çox iştirakçı qatılıb, 17 paralel tədbir təşkil olunub, eləcə də B2B və B2G formatlarında 250-dən çox görüş keçirilib.
Oxşar xəbərlər
Xalid Xalafalla: ICIEC Azərbaycanda əməliyyatlarını genişləndirmək niyyətindədir
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub
Xalid Xalafalla: "Azərbaycan Mərkəzi Asiyada İslam maliyyəsi üzrə hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir"
ICIEC SOCAR-ın ixracı genişləndirməsinə və enerji layihələrinə dəstək verəcək
Xalid Xalafalla: "Qlobal halal istehlak xərcləri 3 trilyon dolları keçə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
