AİİB Bakı Metropoliteninin inkişafı ilə bağlı layihələrdə iştirak edə bilər
sizinxeber.az xəbər saytı

AİİB Bakı Metropoliteninin inkişafı ilə bağlı layihələrdə iştirak edə bilər


Bakı Metropoliteninin inkişaf etdirilməsi ilə bağlı təşəbbüs və layihələrin icrasının maliyyələşdirilməsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) iştirakı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

"Report" “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, müzakirələr QSC-nin sədri Vüsal Aslanovun Azərbaycanda səfərdə olan AİİB-in baş investisiya direktoru Konstantin Limitovksi ilə keçirdiyi görüşdə baş tutub.

Görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda Metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir.

Bakı mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.

Qarşılıqlı əməkdaşlıq perspektivlərinin diqqətdə saxlanılması və görüşlərin keçirilməsi razılaşdırılıb.

Oxşar xəbərlər

Azərbaycanla AİİB potensial əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi iki saat uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan AIIB ilə enerji layihələri üzrə tərəfdaşlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bakı Metropoliteni" QSC-nin yeni sədri kollektivə təqdim edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnvestisiya Direktoru: Orta Dəhlizin regional yaşıl dəhlizə çevrilməsi AIIB-in mandatına uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər