"Masdar": Azərbaycan enerji keçidində əsas tərəfdaşımızdır
Azərbaycan enerji keçidi yolunda "Masdar" (BƏƏ) şirkətinin əsas tərəfdaşıdır.
"Sizinxeber.az" xbər verir ki, bunu "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıqov Bakıda "İnklüzivliyin təşviqi: Azərbaycanın yaşıl enerjiyə keçidində qadınların iştirakı üçün maneələr və imkanlar" adlı konfransda bildirib.
Onun sözlərinə görə, "Masdar"ın bərpa olunan enerji mənbələri sahəsindəki layihə portfeli 65 GVt-dan çoxdur, lakin məqsəd 2030-cu ilə qədər 100 GVt-a çatmaqdır: "Missiyamız ölkələrdə təkcə infrastrukturun qurulmasına deyil, həm də davamlı, inklüziv iqtisadiyyat və mühitin yaradılmasına dəstək göstərməkdir. Azərbaycan bu yolda əsas tərəfdaşdır. Biz ölkədə xarici investisiya hesabına həyata keçirilən sənaye miqyaslı ilk günəş enerjisi layihəsi olan, təxminən 110 000 evi ekoloji cəhətdən "təmiz enerji" ilə təmin edən "Qaradağ" günəş elektrik stansiyasını reallaşdırdığımız üçün qürur duyuruq".
Lakin şirkət nümayəndəliyinin rəhbəri qeyd edib ki, bu keçidin uğuru yalnız meqavatlarla müəyyən edilməyəcək: "Bu keçid insanlar, yeni nəsil mütəxəssislər yetişdirmək bacarığı və bu transformasiyanın inklüziv xarakter daşıdığına əminliklə müəyyən ediləcək".
Oxşar xəbərlər
"Masdar": Azərbaycan "yaşıl enerji" qovşağına çevrilməyə başlayır
“Masdar” 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisi bazarının liberallaşacağını gözləyir
“Masdar”: Azərbaycan "yaşıl enerji" sahəsində özünün investisiya cəlbediciliyini sübut edib
“Masdar” Azərbaycanın elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu BOEM hesabına təmin edəcək
“Masdar”: “Azərbaycan "yaşıl enerji” investorları üçün cəlbedici bazara çevrilir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
