Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində artım proqnozunu saxlayıb.
“Sizinxeber.az” Dünya Bankına istinadən xəbər verir ki, bank yeni hesabata 2027-ci il üçün ÜDM-in artım proqnozunu daxil edib. Bankın qiymətləndirmələrinə görə, 2027-ci ildə ölkə iqtisadiyyatı 2,3 % artacaq.
Beləliklə, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2025-2027-ci illərdə orta illik artımını 2,43 % səviyyəsində qiymətləndirir.
Cənubi Qafqazda iqtisadi artım tempinin 2025-ci ildə 3,6 %-ə, 2026-2027-ci illərdə isə 3,4 %-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.
"Gözləntilərə görə, neftin ucuzlaşması və qlobal tələbin zəifləməsi fonunda neft hasilatının azalması Azərbaycanda artıma təsir edəcək. Ermənistan və Gürcüstanda artımın zəifləyəcəyi proqnozlaşdırılır ki, bu da daxili tələbatın azalmasını və təkrar ixracın yavaşlamasını əks etdirir", - hesabatda qeyd olunub.
Dünya Bankının analitiklərinin fikrincə, xammal qiymətlərinin və qlobal tələbatın azalması bütün Avropa və Mərkəzi Asiya regionu üçün qarışıq nəticələrə səbəb olacaq: Azərbaycan, Qazaxıstan və Rusiya kimi enerji ixracatçılarına və Çinin artım tempinin yavaşlamasına xüsusilə həssas olan Tacikistan kimi metal ixracatçılarına mənfi təsir göstərəcək, eyni zamanda, Türkiyə kimi enerji idxalçılarına fayda verəcək.
Bank Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi fəallığın zəifləyəcəyini gözləyir: 2024-cü ildə 3,6 % artımdan sonra 2025-ci ildə 2,4 %-ə qədər yavaşlama, 2026-cı ildə 2,5 %-ə qədər, 2027-ci ildə isə 2,7 % sürətlənmə proqnozlaşdırılır.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM artımı 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 % səviyyəsində gözlənilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's isə 2,5 % səviyyəsində artım gözləyir.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,5 %, Asiya İnkişaf Bankı növbəti iki il ərzində 3,4 % və 3,3 %, “ING Group” (Niderland) isə 2,5 % səviyyəsində artım proqnozlaşdırır.
Oxşar xəbərlər
AİB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
ING Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib
Dünya Bankı 2025-ci il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












