Azərbaycan "FIRST" beynəlxalq təşkilatına üzv olub
Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) üzvlük üçün müəyyən edilmiş tələbləri uğurla yerinə yetirərək beynəlxalq səviyyədə tanınmış "Forum of Incident Response and Security Teams" (FIRST) təşkilatına üzv qəbul edilib.
Bu barədə "Report"a AMB-dən məlumat verilib.
Bildirilib ki, "FIRST" dövlət, kommersiya və akademik sektorları təmsil edən kompüter təhlükəsizliyi insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatdır. "FinCERT"in "FIRST"ə üzv qəbul edilməsi maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində etibarlı beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, qabaqcıl təcrübələrə çıxışın təmin edilməsi, operativ məlumat mübadiləsinin gücləndirilməsi və kompüter insidentlərinə qarşı mübarizə imkanlarının inkişaf etdirilməsi baxımından mühüm addımdır. Bu üzvlük Azərbaycan maliyyə sektorunda kibertəhlükəsizlik ekosisteminin inkişafına, sektor üzrə erkən xəbərdarlıq və koordinasiya imkanlarının gücləndirilməsinə, həmçinin maliyyə bazarı iştirakçılarının kiberdayanıqlığının artırılmasına xidmət edəcəkdir.
Xatırladaq ki, "FinCERT" maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə məlumatların qəbul edilməsi, təhlili və aidiyyəti üzrə koordinasiyanın təmin edilməsi məqsədilə fəaliyyət göstərən sahəvi mərkəzdir. Mərkəzin əsas məqsədi maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində operativ məlumat mübadiləsini gücləndirmək, kiberinsidentlərə qarşı koordinasiyalı yanaşmanı dəstəkləmək və maliyyə bazarı iştirakçılarının kibertəhlükəsizlik dayanıqlılığının artırılmasına töhfə verməkdir.
Oxşar xəbərlər
Azərbaycan yenidən OIC-CERT-nin İdarə Heyətinin üzvü seçilib
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib
Fuad İsayev: "Maliyyə sektorunda PL/TM risklərinə dair bilik səviyyəsi hələ də istənilən səviyyədə deyil"
Böyük Britaniya səfirliyi və AMB bank sektorunda karbon uçotu üzrə təlim keçir
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
