Fuad İsayev: "Maliyyə sektorunda PL/TM risklərinə dair bilik səviyyəsi hələ də istənilən səviyyədə deyil"
Maliyyə sektorunda fəaliyyət göstərən hüquqi şəxslər arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) sahəsində bilik və bacarıq səviyyəsi hələ də kifayət qədər deyil.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Fuad İsayev Azərbaycan Auditorlar Palatası və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
O qeyd edib ki, bu sahədə biliklərin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən təlim və seminarların intensivləşdirilməsi nəzərdə tutulur:
“Əvvəlki dövrdə maliyyə sektorunda çalışan əməkdaşlar üçün daxili nəzarət proqramlarının təkmilləşdirilməsi və Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyən edilmiş qaydaların tətbiqi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilib”.
F. İsayev əlavə edib ki, Mərkəzi Bankın həyata keçirdiyi kompleks tədbirlər PL/TM ilə mübarizə sahəsində beynəlxalq standartlara uyğun, dayanıqlı nəzarət sisteminin formalaşmasına mühüm töhfə verir: “Bu istiqamətdə PL/TM risklərinin azaldılması və qarşısının alınması üçün bazara yalnız sağlam və şəffaf iştirakçıların daxil olması vacibdir. Bu məqsədlə lisenziyalaşdırma zamanı müraciət edənlərin nizamnamə kapitalının mənbəyi, benefisiar mülkiyyətçiləri və rəhbər şəxsləri barədə ətraflı araşdırmalar aparılır. Bu proses yalnız lisenziya verilməsi ilə yekunlaşmır, davamlı monitorinq mexanizmləri vasitəsilə nəzarət davam etdirilir”.
Baş direktor qeyd edib ki, bu sahədə Mərkəzi Bank və aidiyyəti dövlət qurumları arasında sıx koordinasiya və əməkdaşlıq təmin olunub.
Oxşar xəbərlər
Bakı beynəlxalq maliyyə təhlükəsizliyi konfransına ev sahibliyi edəcək
Zaur Fətizadə: "Auditor hesabatlarında ƏL/TM riski ilə bağlı qeyd və tövsiyələr standartlaşdırılmalıdır"
AMB institusional risk qiymətləndirilməsinə dair Metodoloji Rəhbərliyi təsdiq edib
Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
Anar Axundov: "Maliyyə cinayətləri təkcə iqtisadi deyil, milli təhlükəsizlik üçün də təhdiddir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












