Qəbul imtahanlarında “köməklik” göstərməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlamaqda və satmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Sizinxeber.az-nın əldə etdiyi xəbərə görə, bu gün Gəncə şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ayxan Məmmədova 3 il, Murad Məmmədova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin olunub.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən İslam Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı digər cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Oxşar xəbərlər
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub
Ramanada qətlə görə tutulan yeniyetməyə hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, "Real"ın heç bir futbolçusu siyahıda yer almayıb
