Gürcüstan iqtisadiyyatı I rübdə 9 % böyüyüb
sizinxeber.az xəbər saytı

Gürcüstan iqtisadiyyatı I rübdə 9 % böyüyüb


Bu ilin I rübündə Gürcüstan iqtisadiyyatı 9,1 % artım nümayiş etdirib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu qonşu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, təkcə martda isə iqtisadi artım 10,7 % təşkil edib.

Onun sözlərinə görə, bu nəticə regionda davam edən böhran və Yaxın Şərqdəki gərgin vəziyyət fonunda əldə olunub.

İ.Kobaxidze əlavə edib ki, iqtisadi artım orta əmək haqqının yüksəlməsinə, yoxsulluğun azalmasına, dövlət büdcəsinin böyüməsinə və sosial proqramların genişlənməsinə birbaşa təsir göstərir.

Baş nazir həmçinin vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə də iqtisadi göstəricilərin yaxşılaşmasına müsbət təsir edib.

Onun sözlərinə görə, hökumətin əsas məqsədi yüksək iqtisadi artım tempini qoruyub saxlamaqdır.

Oxşar xəbərlər

Gürcüstanın strateji valyuta ehtiyatları rekord həddə çatıb
Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir
Gürcüstanın Baş naziri: Dörd il ərzində iqtisadiyyatımız 130 milyard lariyə çatacaq
İrakli Kobaxidze: Gürcüstan daim təxribatlara qarşı müdafiə rejimindədir
Naxçıvan iqtisadiyyatı 4 % böyüyüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər