"Alfa Kapital" BOKT maliyyə vəziyyətini açıqlayıb
sizinxeber.az xəbər saytı

"Alfa Kapital" BOKT maliyyə vəziyyətini açıqlayıb


"Alfa Kapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 383 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 89,6 % çoxdur.

Ötən il "Alfa Kapital"ın vergiyəqədərki mənfəəti 478 min manat (88,9 % çox), mənfəət vergisi ödəmələri isə 96 min manat (88,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Alfa Kapital"ın aktivləri 3,98 milyon manat olub ki, bu da illik müqayisədə 32,8 % çoxdur. Bunun 3,213 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 42,7 % böyüyüb.

Hesabat dövründə "Alfa Kapital"ın öhdəlikləri 35,2 % artaraq 2,233 milyon manata, balans kapitalı isə 29,9 % artaraq 1,747 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 % artaraq 1,02 milyon manata çatıb.

Xatırladaq ki, "Alfa Kapital" 2013-cü ildə "Effektinvest" adı ilə fəaliyyətə başlayıb, 2026-cı ildə rebrendinq edib. BOKT-un təsisçiləri 52 % payla Fərid Köçərli, 46,5 % payla Şirin Cavadov və 1,5 % payla Elçin Niftiyevdir.

Oxşar xəbərlər

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Kəpəz" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Brand Credit" BOKT maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər