Gürcüstan enerji və infrastruktur sahələrində ADB ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Gürcüstan enerji və infrastruktur sahələrində ADB ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir


Asiya İnkişaf Bankının (ADB) Gürcüstandakı layihə portfelinin həcmi həm dövlət, həm də özəl sektorları əhatə etməklə təqribən 6 milyard ABŞ dollarına çatır.

"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə bankın Gürcüstandan olan idarəedicisi Laşa Xutsişvili ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında bildirib.

"Tərəfdaşlığımızın 20 illik yubileyi ərəfəsində Gürcüstanın əsas prioritet istiqamətləri üzrə bu əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik: dəmir yolu və avtomobil şəbəkələrinin genişləndirilməsi vasitəsilə bağlantıların möhkəmləndirilməsi, "yaşıl" və bərpa olunan enerjinin inkişafı, enerji müstəqilliyi üçün enerji saxlama sistemlərinin (batareyaların) yaradılması, reallaşdırılması nəzərdə tutulam Qara dəniz sualtı kabel layihəsi də daxil olmaqla şəbəkə infrastrukturunun yaxşılaşdırılması, rəqəmsal infrastrukturun inkişafı, su təchizatı və bələdiyyə xidmətlərinin modernləşdirilməsi, eləcə də korporativ idarəetmənin islahatı", - L. Xutsişvili deyib.

Oxşar xəbərlər

Banqladeş ADB-yə Cənubi Asiyada iqlim tərəfdaşlığına rəhbərlik etməyi təklif edib
Masato Kanda: "ADB Azərbaycan vasitəsilə "yaşıl enerji" tədarükünə kömək edir" - EKSKLÜZİV
İsveçrə ADB-ni özəl sektor üçün yeni bazarların açılmasına dəstək olmağa çağırıb
ADB Rəhbərlər Şurasının növbəti illik toplantısının tarixi açıqlanıb
İrakli Kobaxidze: "Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər