İsveçrə ADB-ni özəl sektor üçün yeni bazarların açılmasına dəstək olmağa çağırıb
Asiya İnkişaf Bankı (ADB) tədarük zəncirlərinin şaxələndirilməsi prosesində mərkəzi yer tutmağa, həmçinin özəl və maliyyə sektorlarının yeni bazarlara çıxmasına dəstək olmağa qadirdir.
"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla İsveçrəni təmsil edən bankın idarəedicisi Pyetro Latseri ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
"Bu, infrastruktur, innovasiyalar, həyat elmləri, texnologiyalar və bərpa olunan enerji mənbələri kimi strateji əhəmiyyətli istiqamətlərdə innovativ, dayanıqlı yanaşmaları və yüksək keyfiyyətli tərəfdaşlığı ilə fərqlənən İsveçrənin özəl və maliyyə sektoru ilə səmərəli əməkdaşlıq üçün perspektivlər açır. Biz ümid edirik ki, ADB qüvvədə olan beynəlxalq öhdəliklərə, ilk növbədə Paris Sazişinə əməl etməyə davam edəcək və iqlim dəyişikliklərinə uyğunlaşma, eləcə də enerji keçidinin həyata keçirilməsində ölkələrə əvvəlki kimi dəstək göstərəcək", - P. Latseri deyib.
Oxşar xəbərlər
Kanada ADB vasitəsilə özəl investisiya cəlbində sərt nəzarət mexanizmlərinin tətbiqində israr edir
Səmərqənddə AİB-nin Rəhbərlər Şurasının illik toplantısı başlayıb
ADB Rəhbərlər Şurasının növbəti illik toplantısının tarixi açıqlanıb
Masato Kanda: "ADB-nin böhranın ilk sutkası ərzində pul ayırmaq imkanı var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
