"Atasığorta"nın öhdəlikləri "Atəşgah Sığorta"ya ötürülüb
Azərbaycan Mərkəzi Bankının ötən ay lisenziyasının qüvvəsini məhdudlaşdırdığı və faktiki ləğv prosesində olan "Atasığorta" ASC-nin öhdəlikləri "Atəşgah Sığorta" ASC-yə ötürülüb.
"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, aprelin 10-dan sonra baş verən sığorta hadisələri üzrə zərərləri "Atəşgah Sığorta" qarşılayır.
Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 8,256 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. Yanvarın 6-da Azərbaycan Mərkəzi Bankı "Atasığorta"ya müvəqqəti inzibatçı təyin edib.
"Atəşgah Sığorta" isə 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
Oxşar xəbərlər
"Atəşgah Sığorta"nın xalis mənfəəti 2 dəfə azalıb
“AtaSığorta” ləğv edilir: Portfeli bu şirkətə verildi
"Atəşgah Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
