"Atəşgah Sığorta"nın xalis mənfəəti 2 dəfə azalıb
"Atəşgah Sığorta" ASC 2025-ci ili 3,355 1,684 milyon manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 49,8 % və yaxud 2 dəfə azdır.
Ötən il "Atəşgah Sığorta"nın gəlirləri 71,909 milyon manat (əvvəlki ilə nisbətən 3,2 % çox), xərcləri 69,804 milyon manat (6,6 % çox), mənfəət vergisi ödəmələri isə 421 min manat (49,8 % az) təşkil edib.
Bu ilin yanvarın 1-nə "Atəşgah Sığorta"nın aktivləri 65,841 milyon manat olub ki, bu da illik müqayisədə 19,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 24,1 % azalaraq 48,524 milyon manata düşüb, balans kapitalı isə 4,4 % azalaraq 17,318 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
Oxşar xəbərlər
"PAŞA Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"A-Qrup Sığorta" maliyyə vəziyyətini açıqlayıb
SOCAR və "Tekfen"in birgə müəssisəsi maliyyə vəziyyətini açıqlayıb
“Azəraqrartikinti”nin xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
