"Bank of Baku" maliyyə vəziyyətini açıqlayıb
"Bank of Baku" ASC bu ilin I rübünü 8,289 milyon manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
Yanvar-mart aylarında "Bank of Baku"nun gəlirləri 56,882 milyon manat (1 il əvvələ nisbətən 26,9 % çox), xərcləri 43,686 milyon manat (23,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,862 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 3,044 milyon manat (2,1 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə "Bank of Baku"nun aktivləri 1 milyard 225,131 milyon manat olub ki, bu da illik müqayisədə 21,9 % çoxdur. Bunun 910,906 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,5 % böyüyüb.
Hesabat dövründə "Bank of Baku"nun öhdəlikləri 23,6 % artaraq 1 milyard 40,615 milyon manata, o cümlədən depozit portfeli 31,5 % artaraq 813,245 milyon manata, balans kapitalı isə 13,2 % artaraq 184,516 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
Oxşar xəbərlər
"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
“Premium Bank”ın depozit portfeli 5 % azalıb
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 2 dəfədən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
