"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 1 % azalıb
"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I rübünü 1,723 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.
Yanvar-mart aylarında ASB-nin gəlirləri 14,966 milyon manat (1 il əvvələ nisbətən 14,6 % çox), xərcləri 12,74 milyon manat (18,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 239 min manat (2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 264 min manat (37,3 % az) təşkil edib.
Bu il aprelin 1-nə ASB-nin aktivləri 886,388 milyon manat olub ki, bu da illik müqayisədə 11,4 % çoxdur. Bunun 375,342 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24,9 % böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 12,3 % artaraq 756,101 milyon manat, o cümlədən depozit portfeli 7,7 % artaraq 520,479 milyon manat, balans kapitalı isə 6,2 % artaraq 130,287 milyon manat olub.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.
Oxşar xəbərlər
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 10 %-ə yaxın azalıb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib
“Premium Bank”ın depozit portfeli 5 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
