Hesablama Palatası: Strateji planın icra səviyyəsi 89 %-ə çatıb
Azərbaycanda 2025-ci ildə strateji plan üzrə tədbirlərin icra səviyyəsi 89 %-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilib.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Məlumata görə, rəyə təqdim olunan dövlət büdcəsinin xərclərinin əhatə dairəsi üzrə göstərici 2025-ci ildə 100 % təşkil edib, faktiki icra isə 100 % olub.
Rəydə əks olunan tövsiyələrin dövlət büdcəsinin xərclərinə təsir etmə səviyyəsi üzrə göstərici 80 %-dən çox müəyyən edilsə də, faktiki icra 85,2 % olub.
Audit hesabatlarının əhatə dairəsi üzrə göstərici 8-dən çox müəyyən edilib və faktiki icra 8 olub.
Hesablama Palatasının səmərəlilik auditlərinin payı üzrə göstərici 70 %-dən çox müəyyən edilib, faktiki icra isə 71,5 % təşkil edib.
Kənar dövlət maliyyə nəzarəti tədbirlərinin ümumi audit portfelində payı üzrə göstərici 15 %-dən çox müəyyən edilib, faktiki icra 14 % olub.
KDMN tədbirləri nəticəsində dövlət büdcəsinə təsirin ölçülməsi üzrə göstərici 100 % müəyyən edilib və faktiki icra da 100 % olub.
Hesablama Palatasının büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə göstərici 10 %-dən çox müəyyən edilib, faktiki icra isə 9,8 % olub.
Kənar auditin aparılması üzrə göstərici 11 olaraq müəyyən edilib və faktiki icra 11 olub.
Kadr axını üzrə göstərici 10 %-dən az müəyyən edilsə də, faktiki icra 7,6 % təşkil edib.
Palata auditlərinin sayı üzrə göstərici 2-dən çox müəyyən edilib və faktiki icra 3 olub.
İS auditlərinin ümumi audit portfelində payı üzrə göstərici 16 %-dən çox müəyyən edilib, faktiki icra isə 14 % olub.
RIDES-də qurulmuş və yenilənmiş modulların sayı üzrə göstərici 9 müəyyən edilib və faktiki icra da 9 olub.
Eyni zamanda, əməliyyat planları üzrə tədbirlərin icra səviyyəsi illər üzrə artaraq 2021-ci ildə 80,3 %, 2022-ci ildə 87,3 %, 2023-cü ildə 91,7 %, 2024-cü ildə 81,8 % və 2025-ci ildə 89 % təşkil edib.
Hesabatda qeyd olunub ki, bu dövrdə Hesablama Palatasının Strateji Planı, İnsan Resursları Strategiyası, Təlim Strategiyası və Kommunikasiya Strategiyası kimi mühüm sənədlər qəbul edilib.
Oxşar xəbərlər
Hesablama Palatası ötən il Əməliyyat Planını 90 % icra edib
Hesablama Palatasının ilk dəfə keçirdiyi KDMN tədbirlərinin payı 50 %-ə yaxınlaşıb
Hesablama Palatası ötən il 3 yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib
Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb
Hesablama Palatasının 2024-cü il büdcəsinin icra vəziyyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
