"Bitcoin"in qiyməti 61 min dollara yaxınlaşıb
sizinxeber.az xəbər saytı

"Bitcoin"in qiyməti 61 min dollara yaxınlaşıb


Qlobal kriptovalyuta bazarında son sutkada əsas rəqəmsal aktivlər üzrə müsbət dinamika qeydə alınıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, bazarın kapitallaşmasına görə ən böyük kriptovalyuta olan "Bitcoin" son 24 saatda 2,75% bahalaşaraq 106 769 ABŞ dollarına yüksəlib.
"Ethereum" 2,52% artaraq 3 031 dollara, XRP 2,25% bahalaşaraq 4,06 dollara çatıb.

BNB 0,37%, Solana 0,65%, "Dogecoin" 1,22%, Cardano 0,55%, TRON isə 2,09% bahalaşıb.

Bununla yanaşı, qızılın qiymətinə indekslənən qızıl əsaslı kriptovalyutalar da müsbət dinamika nümayiş etdirib. "PAX Gold" son sutkada 2,25% bahalaşaraq 4 061,02 ABŞ dollarına, Tether Gold isə 2,08% artaraq 4 037,87 ABŞ dollarına yüksəlib.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəlişə investorların risk iştahının artması, spot ETF-lərə kapital axınının davam etməsi və qlobal maliyyə bazarlarında nikbin əhval-ruhiyyənin güclənməsi dəstək verir.

Oxşar xəbərlər

"Bitcoin" ucuzlaşıb
Kriptobirjada əsas aktivlər üzrə artım müşahidə olunub
"Bitcoin"in qiyməti 75 min dolları ötüb
Kriptobirjada son durum - "Bitcoin" bahalaşıb
Kriptobirjada artım: "Bitcoin”in qiyməti 74 min dolları ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər