Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb
2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində valyutalar üzrə bölgüdə müəyyən kənarlaşmalar qeydə alınıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına dair rəyində qeyd olunub.
Sənəddə deyilir ki, Fondun investisiya portfelində valyutalar üzrə bölgüdə 2024-cü il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinin tələblərindən müəyyən kənarlaşmalar müşahidə edilsə də, “Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimat”ın 4.3-cü bəndinə əsasən, 2025-ci il üzrə İnvestisiya Siyasətində nəzərdə tutulmuş dəyişikliklər kontekstində valyutalar üzrə bölgünün tarazlaşdırılması prosedurları həyata keçirilməyib.
2024-cü ilin sonuna ARDNF-nin investisiya portfelində ən böyük pay ABŞ dollarının payına düşüb və bu göstərici 45,9 % təşkil edib.
Halbuki, 2023-cü ildə bu rəqəm 55,5 % olub. Avronun portfeldəki payı ötən il 21,2 % olduğu halda, 2024-cü ildə cüzi azalaraq 21,1 %-ə düşüb. İngilis funt sterlinqinin xüsusi çəkisi isə 5,3 %-dən 4,9 %-ə dəyişib.
Bununla yanaşı, qızılın portfeldəki çəkisində əhəmiyyətli artım qeydə alınıb, 2023-cü ildə 12 % olan bu göstərici 2024-cü ildə 20,6 %-ə yüksəlib. Digər valyutaların ümumi çəkisi də 6 %-dən 7,5 %-ə qədər artıb.
Oxşar xəbərlər
ARDNF-nin investisiya portfelinin xarici valyutalar üzrə bölgüsü açıqlanıb
ARDNF investisiya portfelində daşınmaz əmlakın payını artırıb
Hesablama Palatası: Neft gəlirləri Dövlət Neft Fondunun büdcə xərclərini tam qarşılamayıb
ARDNF-in “Azerbaijan Rigs” layihəsinin dəyəri 2 dəfədən çox azalıb
Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












