Luis Antonio Tagle Papa olmaq üçün ən şanslı namizəd kimi göstərilir
Polşalı bukmekerlərin fikrincə, yeni Roma Papası olmaq üçün Filippindən olan kardinal Luis Antonio Tagle (67 yaş) daha çox şansa malikdir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
O, Asiyada Roma katolik kilsəsinin mütərəqqi qanadının nümayəndəsidir.
İkinci yerdə İtaliyadan olan Pyetro Parolin (70 yaş, italyan, 2013-cü ildən bəri Müqəddəs Taxtın dövlət katibi), üçüncü yerdə isə Qvineyadan olan Robert Sara gəlir.
Bu arada “Polymarket” blokçeyn platforması yeni Roma Papasının kim olacağına dair mərcləri qəbul etməyə başlayıb. Kriptovalyuta investorlarının fikrincə, bu yarışın favoriti Parolindir. Platformanın istifadəçilərinin 34 %-i kardinalların məhz onu seçəcəyini mərc edir.
Qeyd edək ki, Papanın ölümündən və ya istefasından sonra kardinalların Vatikana gəlməsi üçün 2-3 həftə vaxt verilir. Müəyyən bir gündə Sikstin kapellasında səs vermək hüququ olan 138 kardinal toplanır.
Onlar pontifikin seçimi haqqında sirri qorumağa and içir, bundan sonra səsvermə keçirilir. Səslərin üçdə ikisini toplayan qalib gəlir.
Xatırladaq ki, aprelin 21-də vəfat edən Roma Papası Fransiskin dəfn mərasimi aprelin 26-da keçiriləcək. Müqəddəs Taxtın mətbuat xidmətinin dünən yayımladığı rəsmi tibbi hesabatda Fransiskin koma və ürək dayanmasına səbəb olan insult keçirdiyi bildirilir.
Oxşar xəbərlər
Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Roma Papasının vəfatı ilə bağlı Bakıdakı Müqəddəs Məryəm kilsəsində başsağlığı kitabı açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransisklə vida mərasimi aprelin 23-də müqəddəs Pyotr kilsəsində keçirilə bilər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Roma Papasının halı pisləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Roma Papası kitabında İraqda iki dəfə məruz qaldığı uğursuz sui-qəsd cəhdindən bəhs edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












