Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcək
ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcəyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə siyasətçi “Truth Social”da paylaşım edib.
“Melaniya və mən Papa Fransiskin dəfn mərasiminə Romaya gedəcəyik”, – ABŞ lideri yazıb.
Daha əvvəl “The New York Post” qəzeti ABŞ Prezidentinin qrafiki ilə tanış olan mənbələrə istinadən bildirmişdi ki, Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gələcəyi gözlənilir. Trampın özü əvvəllər jurnalistlərə dəfn mərasimində iştirak edib-etməyəcəyini söyləməkdə çətinlik çəkmişdi.
2013-cü ildən, sələfi XVI Benediktin (1927-2022) istefasından sonra, Roma Katolik Kilsəsinə başçılıq edən Fransisk aprelin 21-də 89-cu yaşında vəfat edib. Onunla vidalaşma mərasimi Müqəddəs Pyotr kilsəsində keçirilməlidir. Tədbir ölüm günündən dörd ilə altı gün arasında baş tutmalıdır. Dəqiq tarix kardinallar tərəfindən çərşənbə axşamı müəyyən ediləcək.
Oxşar xəbərlər
Tramp Papa Fransiskin dəfn mərasimində iştirak etmək niyyətindədir
Fransisklə vida mərasimi aprelin 23-də müqəddəs Pyotr kilsəsində keçirilə bilər - YENİLƏNİB
Roma Papası xəstəlikdən sonra ilk dəfə Müqəddəs Pyotr meydanında görünüb
Roma Papasının halı pisləşib
Roma Papası Fransiskin ölüm səbəbi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
