Roma Papasının halı pisləşib
sizinxeber.az xəbər saytı

Roma Papasının halı pisləşib


Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək.

"Sizinxeber.az" Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, soyuqladığı üçün dekabrın 22-i bazar günü Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək.

Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.

Oxşar xəbərlər

Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəlib
Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər