İlon Mask üç ilə trilyonçu ola bilər
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti 2027-ci ilə qədər 1 trilyon dolları keçə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Informa Connect Academy” analitik şirkətinin hesabatında deyilir.
Şirkət öz təhlilində Maskın sərvətinin son illərdə illik orta hesabla 110% artdığını bildirib: “Dünyada heç kim trilyonçu statusuna iddialı olmayıb, ən azı hələ ki. Bununla belə, bir neçə ehtimal namizəd var”.
Maskdan başqa, “Informa Connect Academy” dollar trilyonçuları statusuna daha dörd iddiaçı müəyyən edib - Hindistanın sənaye konqlomeratı “Adani Group”un sahibi Qautam Adani, Amerika texnologiya şirkətinin “Nvidia”nın baş direktoru Censen Huanq, İndoneziyada “Barito Pacific”in təsisçisi Prayoqo Panqestu və lüks geyimlərin nəhəngi “LVMH”nin sahibi Bernard Arnault və ailəsi.
Oxşar xəbərlər
İlon Mask dünyanın ən varlı insanlarının reytinqinə başçılıq edir
Bloomberg: İlon Mask 235 mlrd. dollar sərvətlə dünyanın ən zəngin şəxsidir
İlon Mask: ABŞ tezliklə iflasla üzləşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
