İsrail şirkəti ilə Azərbaycanda Kibertəhlükəsizlik Əməliyyat Mərkəzlərinin yaradılması müzakirə edilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov İsrailə işgüzar səfər edib, bir sıra görüşlər keçirib.
Bu barədə "APA-Economics"ə İRİA-dan bildirilib.
Səfər çərçivəsində avtonom idarəetmə və süni intellekt texnologiyaları üzrə qlobal liderlərdən biri olan “Mobileye” şirkətinin rəhbərliyi ilə baş tutub. Görüş zamanı “Mobileye”nin strateji inkişaf modeli, elmi-tədqiqat fəaliyyəti və dövlət-özəl sektor əməkdaşlığı təcrübəsi təqdim olunub. Azərbaycanın rəqəmsal transformasiya və innovasiya gündəliyinə uyğun əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə edilib. Qeyd olunub ki, bu cür tərəfdaşlıqlar yüksək texnologiyaların ölkəyə transferi, innovasiya ekosisteminin inkişafı və rəqəmsal islahatların sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra nümayəndə heyəti İsrailin aparıcı vençur fondlarından biri olan “OurCrowd” platformasının rəhbərliyi ilə görüş keçirib. Görüşdə Azərbaycan startap ekosistemindəki potensial, dövlətin innovasiya və sahibkarlığa dəstək mexanizmləri, vençur maliyyələşdirmə infrastrukturu və fəaliyyət göstərən investisiya fondları barədə ətraflı məlumat təqdim olunub. Tərəflər birgə investisiya layihələrinin reallaşdırılması, qabaqcıl texnologiyaların Azərbaycana transferi, həmçinin startaplar arasında təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Azərbaycan nümayəndələri İsrailin inkişaf etmiş innovasiya mühiti ilə tanışlığın və bu sahədə əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıblar.
Səfər çərçivəsində həmçinin dünya üzrə kibertəhlükəsizlik sahəsində lider şirkətlərdən biri olan “Checkpoint” təşkilatının rəhbərliyi ilə görüş baş tutub. Görüş zamanı Azərbaycanda Kibertəhlükəsizlik Əməliyyat Mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik akademiyasının təsis edilməsi və “Checkpoint” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi imkanları geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və lokal tərəfdaşlıqlar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində yer alıb.
Oxşar xəbərlər
İRİA ilin yekunlarına həsr olunan tədbir keçirib
Azərbaycan İnnovasiya Mərkəzi açılıb - FOTO
“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” altqrupun görüşü baş tutub
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib - FOTO
İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












