Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının tarixi açıqlanıb
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı noyabrın 17-dən 28-nə qədər baş tutacaq.
"Report" xəbər verir ki, bunu ITU-nun MDB üzrə regional direktoru Nataliya Moçu "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində bildirib.
"Qlobal rəqəmsal cəmiyyət üçün əlamətdar hadisə sayılan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında bütün ITU ekosistemi rəqəmsal əlaqənin əsas çağırışlarını və perspektivlərini müzakirə etmək üçün bir araya gələcək. Bizim məqsədimiz təkcə qoşulmanın əlçatanlıq, etibarlılıq və təhlükəsizliyini təmin etmək deyil, həm də onu həqiqətən mənalı etməkdir ki, internet insanlara real fayda gətirsin", - N.Moçu vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan İTU ilə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesini müzakirə edib
ITU: "Onlayn Azərbaycan" layihəsi rəqəmsallaşmanın dünya standartlarına uyğundur
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Arif Paşayev Ümümdünya Mühəndislik Günü tədbirinin iştirakçılarına müraciət edib
Bakıda ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
