Muxtar Babayev: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir
Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir.
“Report” xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksəksəviyyəli dəyirmi masada deyib.
Onun sözlərinə görə, informasiya-kommunikasiya sektoru qlobal emissiyaların dörd faizini təşkil edir:
“Bu tullantıların təsirini azaltmaq üçün əlimizdən gələni etməliyik. Beynəlxalq Telekommunikasiya İttifaqı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin COP29 rəhbərliyinə təqdim edib. Burada kollektiv öhdəliklərimiz ortaya qoyulub. Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir. Bu texnologiyalar emissiyaların azaldılması, iqlim adaptasiyası, eyni zamanda dayanıqlılığın gücləndirilməsinə gətirib çıxarır”.
Nazir bildirib ki, bu tədbirdə dayanıqlı infrastruktur, inklüziv əlçatanlılıq və rəqəmsal boşluq müzakirə ediləcək:
"Müzakirələr zamanı az inkişaf etmiş ölkələrdə də bərabər və ədalətli həll yolları tapılmalıdır. COP29 rəhbərliyi hər kəsi müzakirələrdə iştirak etməyə dəvət edir. Bu müzakirələr rəqəmsal transformasiyanın iqlim hədəflərinə böyük töhfə verəcək”.
Oxşar xəbərlər
Muxtar Babayev: İKT sektoru qlobal emissiyaları minimuma endirmək üçün hərəkətə keçməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada müzakirə olunan məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












