“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb
sizinxeber.az xəbər saytı

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb


Bu ilin yanvar-oktyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 15,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın noyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə çox və 0,7 milyon ABŞ dolları (4,3 %) azdır.

Bu ilin 10 ayı ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74 %-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4.9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 781.4 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 560 min ABŞ dolları ilə Pakistan, 547.2 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Təkcə oktyabrda isə “Azərkosmos” 40 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Oxşar xəbərlər

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb
“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb
"Azərkosmos"un ixrac gəlirləri 3,5% azalıb
Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb
Azərbaycanın pomidor ixracından qazancı 12 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle